BAKI, 17 iyul. TELEQRAF
İsrailin aqressiv addımları onun sülh və sabitlik istəmədiyini göstərir və bu, bölgədə təhlükə mənbəyidir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O deyib ki, İsrail yalnız Fələstində deyil, həm də Livan, Suriya və İranda aqressiv siyasət yürüdür.
"İsrail sülh və sabitlik istəmir, bu isə bölgədəki etnik bölünmələri daha da artırır", - nazir vurğulayıb.
Fidan əlavə edib ki, Fələstin xalqının qanuni hüquqlarının tanınması və müstəqil Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə sülhün təminatı üçün əsasdır.