BAKI, 11 aprel. TELEQRAF
ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink Tramp administrasiyası ilə siyasi fikir ayrılıqlarına görə vəzifəsini tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazır.
“Brink Tramp administrasiyasının Ukrayna ilə bağlı strategiyasına sadiqiliyini şübhə altına alan yüksək vəzifəli şəxslərin getdikcə artan təzyiqinə məruz qalıb”, – nəşr yazır.
Qəzet əlavə edib ki, Kiyevdəki Qərb diplomatları da Brinkin “Kiyevin maraqlarının mühüm müdafiəçisi” olduğunu bildiriblər.