BAKI, 11 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında münaqişənin "tezliklə” həllinə dair razılığın əldə olunacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə görüşü zamanı danışıb.

“Biz ümid edirik ki, Rusiya və Ukrayna ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı müqaviləni nisbətən tezliklə bağlaya biləcəyik”, - o deyib.