​BAKI, 6 aprel. TELEQRAF

Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkədə hakimiyyət tamamilə dəyişəcək.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko deyib.

Onun sözlərinə görə, yazın sonuna qədər müharibəyə son qoymaq üçün beynəlxalq planlar var. O, bu cür planların təfərrüatını açıqlamayıb.

Qeyd edək ki, Timoşenko hələ yazın əvvəlində ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsi ilə görüşərək danışıqlar aparıb.