GƏNCƏ, 23 sentyabr. TELEQRAF
Gəncədə güllələnmə hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. İlkin məlumata görə, 1994-cü il təvəllüdlü Zülfüqar Əsgərov güllə yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.