BAKI, 23 sentyabr. TELEQRAF

Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının böyük potensialı var.

Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Çin və Azərbaycan suverenliyin, müstəqilliyin və ərazi bütövlüyünün müdafiəsi məsələlərində həmişə bir-birini dəstəkləyir və qarşı tərəfin seçdiyi inkişaf yoluna hörmətlə yanaşır:

“Çin və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) daxil olmaqla, çoxtərəfli platformalarda sıx qarşılıqlı fəaliyyət və əlaqələndirmə həyata keçirirlər”.

Lu Mey vurğulayıb ki, Çin iki dövlət başçısının əldə etdiyi mühüm razılaşmaların tam şəkildə həyata keçirilməsi istiqamətində Azərbaycanla səylərini birləşdirməyə hazırdır.