BEYLƏQAN, 23 sentyabr. TELEQRAF
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Sarısu qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Niva” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı kanala düşüb. Nəticədə avtomobildə olan 5 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 4-ü İran vətəndaşı, 1-i isə Saatlı rayon sakinidir.
İran vətəndaşları — 1968-ci il təvəllüdlü Gholamhossein Sareban Gholamreza oğlu, 1959-cu il təvəllüdlü Alireza Mohajer Ashoor oğlu, 1977-ci il təvəllüdlü Ali Kekani Bijan və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh Khodaverdi oğlu, həmçinin 1970-ci il təvəllüdlü Saatlı rayon sakini Ağayev Mirnamiq Mirəziz oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.