
BAKI, 4 aprel. TELEQRAF
ABŞ Konqresi Prezident Donald Trampın administrasiyasına qarşı Rusiyaya tətbiq olunan sanksiyaların sərtləşdirilməsi üçün təzyiq göstərəcək.
Teleqraf xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bildirib.
"Konqresdən gələn təzyiq artacaq, sanksiyaların gücləndirilməsi üçün daha çox çağırışlar olacaq. Ukrayna ilə bağlı sülh sazişi üzrə irəliləyiş əldə etməsək buna mane ola bilməyəcəyik",- o qeyd edib.