Bakı, 1 aprel. TELEQRAF

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mart ayı üçün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq statistikanı açıqlayıb.

ANAMA-dan Teleqraf-a verilən məlumata görə, azad olunan ərazilərdə cari ay ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9 755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 4 556 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət adıçəkilən ərazilərdə həyata keçirilir.