
BAKI, 1 aprel. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Bakıda görüşdük. Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin, 2025-ci ilin fevral ayında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi", - paylaşımda deyilir.