
BAKI, 25 mart. TELEQRAF
İsrailin Qəzza zolağına yenidən hücumundan sonra yüz min insan evini tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında məlumat yayıb.
İsrailin Rəfahdakı son təxliyə əmrindən sonra Qəzza zolağının təxminən 14 faizinin "qadağan olunmuş zona"ya çevrildiyini deyən Dujarrik hücumlardan sonra bir neçə gün ərzində təxminən 124 min insanın öz evlərindən didərgin düşdüyünü bildirib.
Dujarrik insanların Əl-Mavasi bölgəsinə doğru getdiyini və xəstəxanalara sığınmağa çalışdığını deyib.