BAKI, 25 mart. TELEQRAF

"İsrail orudu Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinin vurulması faktını araşdıracaq".

Teleqraf xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası "Kan" məlumat yayıb.

Açıqlamada İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində bəzi şübhəliləri təsbit etdiyi və bunu təhdid olaraq qəbul etdikləri üçün vurduqları iddia olunur.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı, binaya ziyan dəydiyi bildirilib.

Bəyanatda ordunun verdiyi təsbitin səhv olduğu etiraf edilib.