BAKI, 22 mart. TELEQRAF

Ukraynada sülhə ən böyük təhdid Avropadır.

Teleqraf xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ukraynada sülh üçün əsas təhlükə Rusiya və Çin yox, Avropa İttifaqıdır.

"Məhz Aİ-dəki müharibə tərəfdarları sülhə ən böyük təhdiddir", - deyə jurnalist vurğulayıb.

O, “Financial Times” qəzetində Avropa ölkələrinin 5-10 il ərzində yenidən silahlanmaq planları ilə bağlı yayımlanan məqaləyə münasibət bildirib və Aİ siyasətçilərini ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq qərarına qarşı çıxmaqda günahlandırıb.