BAKI, 20 mart. TELEQRAF

İranın ali lideri Ayətullah Əli Xameneyi İslam ölkələri və dünya dövlətlərini İsrailin Qəzza zolağına hücumlarını yenidən bərpa etməsinə qarşı çıxmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.

"İslam ölkələri bu hücumlara qarşı həmrəy olmalı və fikir ayrılıqlarını bir kənara qoymalıdırlar. Bu problem bütün müsəlman ölkələrinin problemidir. Bundan əlavə, ABŞ, Qərb və digər Avropa ölkələri də daxil olmaqla, dünyanın hər yerindən azad insanlar bu cinayətkar əməllərə qarşı durmalıdırlar”, - ali lider vurğulayıb.

Xameneyi hesab edir ki, bu faciənin məsuliyyəti ABŞ-nin üzərinə düşür.