
BAKI, 19 mart. TELEQRAF
Çin-Rusiya yaxınlaşması ABŞ üçün arzuolunmazdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp deyib.
“Tarix dərsində ilk öyrəndiyiniz odur ki, Rusiya-Çinin birləşməsi arzuolunmazdır. Amma Obama onları evlənməyə məcbur etdi, bu, heç vaxt baş verə bilməzdi, çünki onlar daim ziddiyyət içində idilər.
İndi onlar dostdurlar, biz də hər ikisi ilə dost olmağa çalışacağıq”, - ABŞ prezidenti bildirib.
Tramp Moskva ilə Pekin arasında ikitərəfli münasibətlərin əsaslarını şübhə altına alıb və bunların “təbii” olmadığını iddia edib.