BAKI, 13 mart. TELEQRAF

"Mən iştirak etdiyim bütün tədbirlərdə ədalətsizlik haqqında danışıram".

Teleqraf xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

"Bosniya və Herseqovina daxili dialoq hesabına uğur əldə edə bilər. Ölkəmiz ABŞ, Fransa, Avropa İttifaqı və ya digər bir ölkənin müstəmləkəsi deyil", - deyə prezident bildirib.