BAKI, 13 mart. TELEQRAF

Ukraynada Prezident Volodimir Zelenskinin hakimiyyətinin sonu yaxınlaşır.

Teleqraf xəbər verir ki, bunu “Financial Times”a (FT) Ukrayna rəsmisi deyib.

Nəşr qeyd edir ki, Ukraynanın siyasi dairələri Zelenskinin nə qədər hakimiyyətdə qalacağını aktiv şəkildə müzakirə edirlər.

Qəzet Ukrayna rəsminin sözlərindən sitat gətirib: “Biz Zelenskinin prezidentliyinin son ​​mərhələsindəyik”.

FT yazır ki, Zelenski Ağ Evdə amerikalı həmkarı Donald Trampla qalmaqallı görüşdən sonra onu açıq şəkildə dəstəkləyən siyasi opponentləri seçkilərə hazırlaşmağa başlayıblar və bu məqsədlə blok yaradırlar. Mənbə iddia edir ki, bəzi müxalif siyasətçilər artıq ABŞ administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışırlar.