
BAKI, 10 mart. TELEQRAF
İtaliya hökuməti qadınların cinsinə görə öldürülməsinə ömürlük həbs cəzasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, qanun layihəsi gender əsaslı cinayətlərə qarşı tədbirlərin gücləndirilməsinə yönəlib.
Qanun layihəsi qüvvəyə minməsi üçün parlamentin hər iki palatası tərəfindən təsdiqlənməlidir.