BAKI, 10 mart. TELEQRAF

İran hədə-qorxu altında ABŞ ilə danışıqlara getməyəcək.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz təzyiq və hədə-qorxu altında danışıqlar aparmayacağıq. Mövzu nə olur-olsun, biz bunu nəzərə almayacağıq. Danışıqlar zorbalıq və əmr verməkdən fərqlidir”, - nazir bildirib.

Həmçinin Əraqçi Tehranın nüvə proqramının “dinc xarakter” daşıdığını iddia edib:

“İranın nüvə enerjisi proqramı həmişə tamamilə dinc xarakterli olub və belə qalacaq. Buna görə də onun “potensial hərbiləşdirilmə” üçün heç bir əsas yoxdur”.

Xatırladaq ki, yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətini bərpa edib. ABŞ Dövlət Departamenti dünən İrana qarşı bu siyasətin davam edəcəyini açıqlayıb.