
BAKI, 24 fevral. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ Ev rəhbəri Donald Trampla görüşərək onu Rusiya ilə ikitərəfli danışıqlara son qoymağa razı salmağa çalışacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Fransa və Böyük Britaniya liderləri Trampa Avropa qüvvələrinin köməyi ilə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi planını təklif edə bilərlər.