TBİLİSİ, 25 fevral. TELEQRAF

Bu gün Gürcüstanda sovet işğalının 104-cü ildönümü tamam olur.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı hökumət administrasiyası, parlament, ölkə üzrə bütün dövlət qurumlarının və xaricdəki diplomatik nümayəndəliklərin binalarında bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də "Qırmızı ordu" Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikası devrilib.

Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan edilib.