BAKI, 25 fevral. TELEQRAF

Qar yağan kimi kommunal xidmətlərin əməkdaşları və işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyalarının, avtobus dayanacaqlarının, piyada səkilərinin, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işləri həyata keçirilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

"Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində texniki duz toplanan məntəqələr yaradılıb. Ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib",- məlumatda qeyd olunur.