BAKI, 24 fevral. TELEQRAF

Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar paketi qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat yayılıb.

“Avstraliya hökuməti bu gün 70 şəxsə və 79 quruma maliyyə sanksiyaları tətbiq edib. Bu, Avstraliyanın 2022-ci ilin fevralından bəri ən böyük sanksiyalar paketidir”, - məlumatda deyilir.

Məhdudiyyətlər Rusiyanın müdafiə, nəqliyyat və maliyyə sektorlarındakı obyektlərə, pilotsuz təyyarələrinin və komponentlərinin tədarükünə, o cümlədən müvafiq xidmətlərin göstərilməsinə tətbiq edilib.

Sanksiyalar həmçinin Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşdirilməsində iştirak edən şəxslərə və təşkilatlara qarşı da yönəlib.