
BAKI, 24 fevral. TELEQRAF
Polşada Avropa İttifaqından Ukraynaya yardım üçün nəzərdə tutulan vəsait oğurlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın "RMF FM" radiostansiyası məlumat yayıb.
Bildirilir ki, Avropa Dələduzluqla Mübarizə Bürosunun (OLAF) görə, Polşanın "RARS" şirkəti elektrik generatorlarının alınması və Ukraynaya çatdırılması üçün nəzərdə tutulmuş 91 milyon avro vəsaiti mənimsəyib. Büro hesab edir ki, rəqabətin olmamasından istifadə edən dələduzlar qiymət artımına yol verib və müəyyən podratçılara ədalətsiz üstünlüklər qazandırıblar.
Bununla bağlı Avropa Komissiyasının nümayəndəsi bəyan edib ki, Aİ hər hansı saxtakarlıq, korrupsiya və qeyri-qanuni hərəkətlərə qarşı sıfır dözümlülük siyasətinə sadiqdir.