BAKI, 24 fevral. TELEQRAF

Fevralın 24-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İndoneziya və Malayziyaya işgüzar səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər fevralın 28-dək davam edəcək. Şoyqu idarələrarası nümayəndə heyətinə rəhbərlik edir. Mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən təhlükəsizlik və müdafiə, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı danışıqların aparılması planlaşdırılır.

Həmçinin qeyd olunub ki, tərəflər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.