.jpg)
BAKI, 24 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdən hərbi yardımın olmaması və respublikada çevriliş təhlükəsi fonunda yaxın gələcəkdə Türkiyədən sığınacaq istəyə bilər.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin “Akşam” qəzetinin köşə yazarı Eray Gülçülər yazıb.
Jurnalistin fikrincə, əgər Zelenski Ukraynanın ərazi bütövlüyü məsələsində israr etsə, o zaman hər an dövlət çevrilişi ilə üzləşə bilər.
“Yaxın vaxtlarda Zelenski Türkiyədən sığınacaq istəsə, təəccüblənmərəm. Çünki ABŞ Ukraynada daha bir inqilab ssenarisi hazırlaya bilər", - köşə yazarı qeyd edib.