BAKI, 23 fevral. TELEQRAF

"GiveMeSport" nəşri tarixin ən yaxşı driblinqə malik futbolçularının siyahısını tərtib edib.

Teleqraf xəbər verir ki, sıralamaya əfsanəvi braziliyalı hücumçu Qarrinça başçılıq edir. O, argentinalı forvard Dieqo Maradonanı da geridə qoymağı bacarıb.

Hazırda karyerasını davam etdirən oyunçulardan ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 3-cü, Braziliya "Santos"unun üzvü Neymar Junior isə 9-cudur.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduzu Kriştianu Ronaldu isə 20 nəfərlik siyahıda yer almayıb.

Futbol tarixinin ən yaxşı driblinq edən 20 futbolçusu:

1. Qarinça (Braziliya)
2. Dieqo Maradona (Argentina)
3. Lionel Messi (Argentina)
4. Corc Best (Şimali İrlandiya)
5. Yohan Kroyff (Niderland)
6. Ronaldinyo (Braziliya)
7. Stenli Metyuz (İngiltərə)
8. Omar Sivori (Argentina / İtaliya)
9. Neymar (Braziliya)
10. Zinəddin Zidan (Fransa)
11. Cey-Cey Okoça (Nigeriya)
12. Eden Azar (Belçika)
13. Ronaldo (Braziliya)
14. Con Barns (İngiltərə)
15. Dennis Berqkamp (Niderland)
16. Ziko (Braziliya)
17. Roberto Baccio (İtaliya)
18. Pol Qaskoyn (İngiltərə)
19. Canfranko Zola (İtaliya)
20. Eddi Qrey (Şotlandiya).