BAKI, 23 fevral. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.

Teleqraf "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Səfər çərçivəsində beynəlxalq, regional və ikitərəfli məsələlərlə bağlı mövzular müzakirə olunacaq”, - o qeyd edib.