BAKI, 15 fevral. TELEQRAF

Avropa öz ordusunu yaratmalıdır, çünki ABŞ Avropa ölkələrinə hərbi dəstək verməkdən imtina edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"Avropanın gələcəyi yalnız avropalılardan asılıdır, buna görə də vahid ordu yaradılmalıdır", – Zelenski vurğulayıb.