
BAKI, 14 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası sınaq müddətində olan federal hökumət işçilərinin işdən çıxarılmasına göstəriş verib.
Teleqraf xəbər verir ki, məsələ ilə bağlı artıq federal hökumət qurumları ilə iclas keçirilib.
Nəticədə sözügedən müəssisələrdə bir ildən az müddətə işləmiş “sınaq” işçiləri üçün ixtisarlara start verilib.
İşdən çıxarılacaq şəxslərin dəqiq sayı bilinməsə də, qərarın yüz minlərlə insanı əhatə edəcəyi gözlənilir.
Qeyd edək ki, Tramp yanvarın 20-də vəzifəyə gəldikdən sonra müxtəlif federal qurumlarda, xüsusilə Ədliyyə Nazirliyində çalışan bir çox əməkdaşı işdən çıxarıb.