![](https://teleqraf.az/storage/2025/02/12/715x378/12-pic_32ratio_900x600-900x600-60292_(1).jpg)
BAKI, 12 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp güc tətbiq edərsə, İran özünü müdafiə edəcək.
Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT Təhlükəsizlik Şurasına ünvanlanmış məktubunda deyilir.
Müraciətdə Trampın İrana qarşı təhdidlərindən narahatlıq ifadə olunub.
“Trampın ehtiyatsız və qızışdırıcı bəyanatları beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozur”, - deyə İrəvani bildirib.
Səfir vurğulayıb ki, istənilən təcavüz aktı ABŞ-nin məsuliyyət daşıyacağı ciddi nəticələrə gətirib çıxaracaq.
"İran öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını istənilən düşmənçilik hərəkətlərindən qətiyyətlə müdafiə edəcək”, - Əmir Səid İrəvani əlavə edib.