.jpg)
BAKI, 7 fevral. TELEQRAF
Ukrayna təhlükəsizlik zəmanəti müqabilində ABŞ Prezidenti Donald Trampa ölkənin mineral ehtiyatlarını və yeraltı qaz yataqlarını təklif etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Gəlin razılaşaq, hamımız bunun tərəfdarıyıq. Bizə ən çox kömək edən amerikalılar oldu, buna görə də amerikalılar ən çox qazanmalıdır" deyib.
Zelenski mineral ehtiyatların ABŞ-yə birbaşa verilməsini deyil, bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq təklif edib.
Bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin resurslarını ABŞ Prezidenti Donald Trampa və ya digər Qərb tərəfdaşlarına vermək niyyətində olmadığını bildirib.