
BAKI, 8 fevral. TELEQRAF
Vaşinqton ABŞ-nin Kiyevə xərclədiyi pul və hərbi yardım müqabilində Ukraynadan nələr isə tələb edəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
"Artıq heç kim ABŞ-dən istifadə etməyəcək", - Ağ Ev rəhbəri bildirib.
Tramp vurğulayıb ki, Ağ Ev Ukraynaya xərclədiyi pul müqabilində mütləq nə isə almalıdır.