BAKI, 7 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara və Ukraynadakı münaqişəyə son qoymağa sadiq qaldığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşündə jurnalistlərə bildirib.

“Yəqin ki, mən Putinlə danışacağam. Mənim Putinlə həmişə yaxşı münasibətim olub", - Tramp deyib.

Donald Tramp münaqişəyə son qoymaq istədiyini bir daha bəyan edib. Bundan əlavə, Amerika lideri bir daha Avropanın Ukraynaya kifayət qədər dəstək vermədiyinə diqqət çəkib.