Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali hökumət qoşunlarının üsyançılarla döyüşmədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, əsgərlərin “mənəvi çöküş” vəziyyətində olduğunu bildirib.
“Suriya ordusunun şəxsi heyəti qardaşlarına qarşı döyüşmək üçün motivasiyaları yox idi, onlar mənəvi çöküş vəziyyətində olublar”, - deyə əl-Cəlali bildirib.
Baş nazirin sözlərinə görə, buna iqtisadi, sosial və psixoloji amillər səbəb olub. Ağır həyat şəraiti və döyüşmək zərurətinə inamın olmaması səbəbindən əsgərlər döyüşə girmədən geri çəkilməyə üstünlük verib.