BAKI, 18 noyabr. TELEQRAF

Süni intellektin hazırkı halı strateji imkanlara və yaradıcı düşünməyə yol açır.

Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasov "Gələcəyin Peşələr Sammiti"ndə çıxışında deyib.

O bildirib ki, süni intellekt təkrarlana bilən işləri avtomatlaşdırır.

"Buna görə artıq təkrarlana bilən rutin işləri ona həvalə edib özümüz daha yaradıcı, geniş və daha çox dəyər qatan işlər ortaya qoya bilərik", - o vurğulayıb.

H. Abbasov əlavə edib ki, dünya İqtisadi Forumunun hesabatlarına görə, gələcəkdə yox olmaq təhlükəsi ilə üz-üzə qalan sahələrindən biri ofis işləridir:

"Bu sahəyə ən çox məruz qalacaq insanların 9.6%-i qadınlar, 5.5%-i isə kişilərdir".