BAKI, 18 noyabr. TELEQRAF
Noyabrın 17-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 4 qumbara, 2 alışdırıcı, 6 tüfəng, 30 patron darağı və 3393 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.