BAKI, 18 noyabr. TELEQRAF
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru noyabrın 20-də Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, qəbul saat 11:00-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin binasında (Heydər Əliyev prospekti, 66) keçiriləcək. Görüşdə Naxçıvan şəhərinin, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Əlavə məlumat almaq istəyənlər Naxçıvan Regional Qaz İstismarı İdarəsinə (tel.: 036-545-06-91, 050-845-66-06) müraciət edə bilərlər.