Çin Ukraynadakı münaqişənin bütün tərəflərini siyasi iradə nümayiş etdirməyə və sülh yolu ilə nizamlanma üçün danışıqlara başlamağa çağırır.

Teleqraf.com xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Cen Şuan deyib.

“Çin müharibə edən tərəfləri siyasi iradə nümayiş etdirməyə, yolun yarısında görüşməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırır”, - çinli diplomat vurğulayıb.