
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Çin və Rusiya liderləri Si Cinpinlə Vladimir Putin arasında keçirilən görüşə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, o, iki liderin dünyaya yeni zərərlər vurmaq haqda düşündüyünü deyib.
Trampın iddiasına görə, həm Cinpin, həm də Putini yaxşı tanıyır: “İndi birlikdə ziyan vuracaqları planlar üzərində işləyirlər”.
Eyni zamanda Tramp Çin liderinin Tayvanı ələ keçirməkdə maraqlı olduğuna işarə edib: “Tayvanı ələ keçirmək üçün gözləyir”.
Rusiya və Çin başçıları arasında görüş dünən Pekində baş tutub.