BAKI, 23 dekabr. TELEQRAF
Gürcüstan şirkəti Qazaxıstan və Azərbaycan arasında 6 bərənin işə salınmasını planlaşdırır. İlk iki bərə gələn il fəaliyyətə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin akimi (qubernator) Nürdaulet Kilıbay məlumat verib.
Akimin sözlərinə görə, layihə Qazaxıstanın yerli bərə parkının formalaşması, yük dövriyyəsinin artırılması və gəmiçiliyin inkişafına töhfə verəcək.
“Gələn il Gürcüstan müəssisələri ilə birgə Kurık və Ələt (Azərbaycan) limanları arasında 6 bərəni işə salmağı planlaşdırırıq. Hazırda iki bərə Xəzər dənizinin sularına çıxıb. Onlar 2026-cı ilin birinci yarısında fəaliyyətə başlayacaq. Hər il əlavə iki bərə işə qoşulacaq və 2028-ci ilə qədər bütün 6 bərə tam gücü ilə işləyəcək”, - N. Kilıbay qeyd edib.