BAKI, 23 dekabr. TELEQRAF
"İnter Mayami"nin futbolçusu Lionel Messi "Amerika Kralı" mükafatını qazana bilər.
Teleqraf xəbər verir ki, argentinalı hücumçu Uruqvayın "El Pais" qəzeti tərəfindən təqdim olunan mükafatın finalçıları arasında yer alıb.
Digər iddiaçılar isə "Rasing Avellaneda"nın (Argentina) hücumçusu Adrian Martines və "Flamenqo"nun (Braziliya) yarımmüdafiəçisi Corcian de Arraskaetadır.
Mükafat Amerika liqalarında ilin ən yaxşı futbolçusuna verilir. Qalib 31 dekabrda açıqlanacaq.
Qeyd edək ki, Lionel Messi bu mükafata karyerasında ilk dəfə layiq görülə bilər. O, keçən il 14 səs toplayaraq beşinci yeri tutub.