BAKI, 23 dekabr. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək.
ADY-dən Teleqraf-a verilən məlumata görə, rahat və komfortlu səyahətini təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın günlərdə sərnişinlərin xidmətində olacaq.
İctimaiyyətə öncədən ətraflı məlumat təqdim ediləcək.