İŞİD terror təşkilatı Suriyada daha 13 nəfəri edam edib.

Publika.az-ın məlumatına görə, Rakkada edam edilən 13 nəfərin sünni tayfasının üzvləri olduğu bildirilir.

Öldürülən şəxslər Bəşər Əsəd rejimi ilə əməkdaşlıq etməkdə və insanların sıx yaşadığı bölgələrdə partlayışlar törətməkdə ittiham edilib.