Gürcüstan Xarici İşlər naziri David Zalkaliani tutduğu vəzifəsindən uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İraki Qaribaşvili açıqlama verib.
Baş nazir bu vəzifəyə hökumət administrasiyasının keçmiş rəhbəri İliya Darçiaşvilini təyin edib.
David Zalkaliani isə Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.