İsveçrə Ukraynada vəziyyətin nizamlanması üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə və ya danışıqlara ev sahibliyi etməyə hazırdır.

Teleqraf.com-un məlumatına görə, bu sözləri İsveçrə Prezidenti İqnasio Kassis deyib.

"İsveçrə vasitəçilik etməyə və ya danışıqlara ev sahibliyi etməyə hazırdır. İsveçrə neytrallığı və humanitar ənənələri özündə birləşdirir", - deyə Kassis bildirib.