Rusiyada xalqın Prezident Putinə olan etimadı son 9 ildə ən aşağı səviyyəyə düşüb.

Teleqraf.com xəbər verir ki, bu Levada Centera şirkətinin keçirdiyi sorğu zamanı ortaya çıxıb.

Sorğunun nəticələrinə görə, bu gün xalqın 53 faizi Prezident Putinə güvənir.

2004-2005 və 2011-2012-ci illərin sorğusunda Putinə etimad əhalisinin 55 faizdindən daha çox idi.

Son sorğu həm də müəyyən edib ki, Rusiya əhalisi ilk dəfə Putindən daha çox orduya inanır. Amma buna baxmayaraq Rusiyada orduya inanların faizi də aşağı düşüb. Əgər 2017-ci ildə orduya inananlar 69 faiz idirsə, hazırda bu rəqəm cəmi 61 faizdir.

Rusiya Dövlət Dumasına etimad isə 33 faizdən 25 faizə enib.