ABŞ prezidenti Donald Tramp dərmanların qiymətinin azaldılması barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Tramp Twitter-də yazıb.

"Dərman qiymətlərini endirmək üçün yeni bir fərman imzaladım...Həm də qiymətləri daha da endirməklə vasitəçilər üçün bütün imtiyazlara son qoydum", - deyə Tramp yazıb.

Prezident qeyd edib ki, artıq vətəndaşlar dərmanları şirkətlərin xaricə satdığı qiymətə ala biləcəklər.