Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Avstriyanın Sankt-İohann-in-Tirol şəhərində xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, məşhur boksçu hazırda müayinə və bərpa prosesi keçir.

Onun çiynindəki köhnə zədənin təsirinin özünü büruzə verdiyi bildirilir. Merə tibbi müdaxilənin xizək gəzintisi ilə bağlı olmadığı da vurğulanıb. Kliçkonun cərrahi əməliyyatına ehtiyac duyulmayıb.