BAKI, 19 oktyabr. TELEQRAF

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində dan imtahanı keçirilib.

Teleqraf ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, sınaq prosesinə 80 nəfər (54-ü I dan, 20-si II dan, 6-sı III dan) qatılıb.

İmtahanı qurumun texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol keçirib. Tədbirdə federasiyanın baş katibi Aygül Abdullayeva da iştirak edib.